Meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, meyxanaçı bu gecə evində dünyasını dəyişib. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, polkovnik-leytenant Ramil Səfərov Macarıstanda həbsdə olarkən Xəyyam Əhmədli ona “Məmləkətim” (Hələ oğlun salamatdır) adlı mahnı həsr edib. Mahnı həmin vaxt kifayət qədər populyar olub, həmçinin meyxanaçıya da şöhrət gətirib.