Novxanıdakı partlayış Vüqar Həşimovun ailəsinə məxsus evdə baş verib – KİV


Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, yerli KİV partlayışın baş verdiyi evin mərhum şahmat usatsı Vüqar Həşimovun valideynlərinə məxsus olduğunu yazıb.
Bildirilib ki, FHN-in xilasediciləri dağıntılar altından Qasım Həşimov və Aidə Həşimovanı sağ çıxararaq adiyyəti üzrə təhvil veriliblər.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top