“Ukrayna ordusunda yeni kadr dəyişiklikləri gözlənilir”.
Yeniavaz.com xəbər verir ki, bunu Volodimir Zelenski Almaniya kansleri Olaf Şolz ilə keçirdiyi mətbuat konfransında deyib.
“Konkret islahatlar və konkret qərarlar var. Bunlar sonuncu dəyişikliklər deyil”, - Zelenski deyib.
Qeyd edək ki, Almaniya kansleri dekabrın 2-də elan olunmamış səfərlə Kiyevə gəlib.
Xatırladaq ki, noyabrın 29-da Zelenski Aleksandr Pavlyuku Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsindən azad edib və onun yerinə əvvəllər “Xarkov” əməliyyat-taktiki qoşun qrupuna komandanlıq etmiş Mixail Drapatı təyin edib.