İki gün ərzində Tbilisidə etiraz aksiyaları nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin 42 əməkdaşı yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
“İki gün ərzində aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 42 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən yanıq və sınıq xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib”, - Daraxvelidze deyib.
Nazir müavini qeyd edib ki, aqressiv etirazçı qruplar polisə atmaq üçün Rustaveli prospektində davamlı olaraq iri daşlar və tikinti tullantıları yığıblar. Bununla əlaqədar olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentə bitişik ərazidən etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etmək qərarına gəliblər.
Gürcüstanda son iki gündə kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə Gürcüstan parlamentində keçirilən aksiyalar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrilib.