Qəzza zolağında əsas ərzaq məhsullarının qiymətləri ərzaq böhranı səbəbindən 1000% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“Qəzzada ərzaq böhranı kəskinləşdikcə, əsas ərzaq məhsullarının qiymətləri döyüşdən əvvəlki səviyyələrlə müqayisədə 1000%-dən çox artıb”, - hesabatda deyilib.
Sənəddə qeyd edilib ki, buğda unu və yanacaq çatışmazlığı səbəbindən Qəzzanın mərkəzindəki bəzi çörək zavodları son günlər vaxtaşırı fəaliyyətini dayandırıb. Çörəyin həyati bir məhsul olduğu vurğulanır, çünki anklavın bir çox sakinləri üçün bu, yeganə qidadır.
Hesabatda həmçinin qeyd olunub ki, anklavın şimal hissəsində, o cümlədən Qəzza şəhərində yemək qazının kəskin çatışmazlığı səbəbindən sakinlər tullantılardan yanacaq kimi istifadə etmək məcburiyyətində qalır və bu da tənəffüs yoluxucu infeksiyaların yayılması riskini artırır.