Polşanın Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində “Şərq qalxanı” kimi tanınan müdafiə istehkam xəttinin birinci hissəsinin tikintisi çərçivəsində 3500 beton kirpi quraşdırılıb.
Yeniavaz.com “TVP İnfo” kanalına istinadla xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk tikinti sahəsinə səfəri zamanı bildirib.
O, həmçinin ölkənin şərq sərhədinin 300 kilometrlik hissəsində “güclü infrastruktur” qurulacağını bildirib.
Donald Tusk bundan əvvəl Polşa hakimiyyətinin “Şərq qalxanı” proqramı çərçivəsində həyata keçirdiyi istehkam xəttinin tikintisinə başlandığını elan edib.
Ümumilikdə layihənin dəyəri 10 milyard zloti (təxminən 2,5 milyard dollar) qiymətləndirilir. Layihənin tamamlanması 2028-ci ilə planlaşdırılır.
Layihə çərçivəsində respublikanın şərq sərhədi boyunca səngərlərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə “kirpilər” quraşdırılması və aktiv müşahidə sisteminin yaradılması nəzərdə tutulur.