“Müharibəni dayandırmağa hazırıq” – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO-nun “çətiri altına” alınacağı təqdirdə münaqişənin qaynar mərhələsini dayandırmağa hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Sky News” telekanalına müsahibəsində qeyd edib.
“Müharibənin qaynar mərhələsini dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq”, - o, bildirib.
“Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissəyə NATO üzvlüyünü verə bilərik”, - deyə Zelenski bundan sonra diplomatik yolla ərazilərin qaytarılması üzərində işləmək niyyətində olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir təklifi yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.
Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. “Strana” nəşrinin qeyd etdiyi kimi, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.
Əvvəllər Ukrayna hakimiyyəti müntəzəm olaraq bildirirdi ki, Ukrayna NATO-ya qismən qəbul edilə bilməz və münaqişə 1991-ci il sərhədlərinə çatana qədər davam edəcək.
Yalnız bu həftə Zelenskinin ofisinin rəhbəri Andriy Yermak etiraf edib ki, Ukrayna öz qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılmasını tələb etmədən Rusiya ilə danışıqlara başlaya bilər. Onun sözlərinə görə, vəziyyət ən azı 23 fevral 2022-ci il tarixinə olan vəziyyətə qayıtmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top