ABŞ-nin hazırkı prezidenti Co Bayden “Qara Cümə” günü antisemit kitab alaraq ətrafındakıları təəccübləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, sözügedən kitab Rəşid Xalidinin “Fələstində Yüzillik Müharibə: Müstəmləkə Fəthi və Müqavimət Tarixi, 1917–2017 illər” kitabıdır.
Bayden bu kitabı Massaçusets ştatındakı Nantaket adasında yerli kitab mağazasında alıb.
Bu, həm digər alıcıları, həm də jurnalistləri çox təəccübləndirib.
Üstəlik, Bayden üz qabığını gizlətməyib və kitabı hamının gözü qarşısında saxlayıb.
Qəzetin yazdığına görə, “Fələstində Yüzillik Müharibə” kitabı açıq şəkildə anti-İsrail xarakter daşıyır. Kolumbiya Universitetinin professoru tərəfindən yazılmış kitabda iddia edilir ki, Fələstinin müasir tarixi yerli əhaliyə qarşı torpaqlarından başqa xalqın xeyrinə imtina etməyə məcbur etmək üçün aparılan müstəmləkə müharibəsidir.
Qeyd edək ki, bu həftə İsrail və Livanın Hizbullah qruplaşması çərşənbə günü, noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşmasına nail olub. Vasitəçilik edən ABŞ prezidenti Co Bayden bildirib ki, razılaşma “döyüş əməliyyatlarının daimi dayandırılması” və mülki əhalinin Livan-İsrail sərhədində zərər çəkmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını ehtiva edir.