“Gündüz yuxuları stresli iş qrafiki olan insanlara koqnitiv funksiyanı yaxşılaşdırmağa kömək edə bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə endokrinoloq Oksana Zavalnaya teleqram kanalında danışıb.
Mütəxəssis qeyd edib ki, gündüz yuxusu konsentrasiyanı və reaksiya sürətini artırır, həmçinin yaddaşı yaxşılaşdırır:
“Bundan əlavə, o, stress hormonu kortizol səviyyəsini azaltmağa kömək edə bilər, nəticədə ümumi sakitlik hissi yaranır. Yatmaqdan maksimum fayda əldə etmək üçün 20-30 dəqiqədən çox yatmamaq lazımdır. Daha uzun yatmaq gecələr yuxuya getməkdə çətinlik çəkməyə və oyananda halsızlıq hiss etməyə səbəb ola bilər”.