Polşa və NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başladı – KİV


Polşa ordusu və NATO bölmələri Polşanın Varm-Mazuriya voyevodalığında, Rusiya ilə sərhəddən 70 km məsafədə yerləşən Orşi poliqonunda taktiki təlimlərə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.
“TUMAK-24” adlı taktiki təlimlərdə Polşa ordusu və NATO bölmələrinin 2,5 mindən çox hərbi qulluqçusu iştirak edir.
Agentliyin məlumatına görə, təlimlər dekabrın 2-dək davam edəcək.
Təlimin əsas elementlərindən biri Kempo gölündən tank keçididir.
Ümumilikdə, manevrlərə 850 texnika cəlb olunub. Təlimlərdə Polşa ordusu ilə yanaşı, Litva hərbçiləri, həmçinin NATO-nun döyüş qrupunun əsgər və zabitləri də iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top