Putin “Oreşnik”in zərbəsini meteorit düşməsi ilə müqayisə etdi


Rusiya hərbçilərinin Dnepropetrovskda “Yujmaş”ı vurmaq üçün istifadə etdiyi “Oreşnik” raketinin zərbə elementləri 4 min dərəcə istiyə qədər qızır.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ölkə başçısı bildirib ki, kinetik təsir güc baxımından meteorit zərbəsi ilə müqayisə olunur:
“İstifadə etdiyimiz raketə gəlincə, dağıdıcı elementlər kimi kifayət qədər güclü elementlərdən istifadə edilib ki, onlar 4 min dərəcə temperatura qədər qızır. Kinetik təsir, meteorit düşməsi kimi güclüdür. Hansı meteoritlərin hara düşdüyünü və hansı nəticələrə səbəb olduğunu tarixdən bilirik. Bəzən göllərin əmələ gəlməsi üçün kifayət edirdi”.

DİGƏR XƏBƏRLƏR

Top