Ermənistanda Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüldü


Ermənistanın Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryanı (1998-2008) və İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturovu vəzifə səlahiyyətlərini aşmaqda və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olmaqda ittiham edib.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanıb.
Söhbət 2008-ci il martın 1-də İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşmaların baş verdiyi, 10 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələrindən gedir. Keçmiş prezident və paytaxt qarnizonunun keçmiş rəisi artıq bu cinayət işi üzrə təqsirləndirilib, onlara “konstitusiya quruluşunu devirmək” ittihamı irəli sürülüb, lakin Ermənistanın Konstitusiya Məhkəməsi 2021-ci ildə Cinayət Məcəlləsinin (CM) bu bəndini konstitusiyaya zidd hesab edib.
Bu ilin sentyabrında Ermənistan Kassasiya Məhkəməsi bu cinayət işinin ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri əsasında davam etdirilməsi barədə qərar qəbul edib.
Keçmiş respublika rəhbərinin özü jurnalistlərə açıqlamasında bu məhkəmə prosesini “ədalətə qarşı zorakılıq” kimi qiymətləndirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top