Zaxarova Yunanıstanın Ermənistana S-300 satacağı xəbərlərinə münasibət bildirib


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yunanıstan mətbuatında Afinanın İrəvanı Rusiyanın S-300-ləri və daha iki silah sistemi ilə təmin etmək planları ilə bağlı yayılan məlumatları şərh edib.
Yeniavaz.com
xəbər verir ki, Zaxarova Rusiyanın razılığı olmadan hərbi texnikanın təkrar ixracının qadağan edildiyini bildirib.
“Həqiqətən də, biz bu mesajlarla tanış olduq və bununla bağlı 30 oktyabr 1995-ci il tarixli hərbi-texniki əməkdaşlığa və hərbi məhsulların tədarükünə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl olunmasının zəruriliyini xatırlatmaq istərdik. Onlar birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edirlər. Amma hazırda Yunanıstan tərəfdən bizə heç bir müraciət daxil olmayıb”, - deyə Zaxarova bildirib.

DİGƏR XƏBƏRLƏR

Top