Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 dollar, yaxud 0,57 % azalaraq 74,79 dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, “Brent” markalı neftin qiyməti isə 72,83 dollar olub.
Qeyd edək ki, bu il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top