Bu gün Cəlilabad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilir ki, "Qaz İxrac“ İdarəsi tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən "Günəşli” qazpaylayıcı stansiyasında (QPS) ölçü qovşağında nasaz kürəvi kranın əvəzlənməsi və 2 ədəd kranların təmir edilməsi məqsədilə 24 yaşayış məntəqəsinin qaz təchizatının noyabrın 28-də saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.