Ölkə üzrə qaz abonentlərinin sayı açıqlandı

Oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali üzrə 11806 yeni abonent qeydiyyata alınıb. SOCAR-ın saytı xəbər verir ki, bunun 3447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8359-u isə regionların payına düşüb. Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatıb. Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83 faiz olub. Noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top