Avropa Parlamenti (AP) Strasburqda keçirilən sessiyasında sağ və sol müxalifətin etirazlarına baxmayaraq, Avropa Komissiyasının (AK) yeni tərkibini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, sessiya AP-nin saytında canlı yayımlanıb.
Avropa Komissiyasının yeni tərkibinə 2019-cu il dekabrın 1-də Almaniyanın müdafiə naziri kimi bu vəzifəni icra edən AK rəhbəri Ursula fon der Lyayen də daxil olmaqla 27 komissar daxil olub.
Xarici siyasət üzrə kurator Kaya Kallas (Estoniya) olub. Öz növbəsində Fransanın keçmiş xarici işlər naziri Stefan Sejurne Avropa İttifaqının sənaye strategiyasına cavabdeh olacaq.
Latviyanın keçmiş baş naziri Valdis Dombrovskis iqtisadi məsələlər üzrə Avropa komissarı olub. Müdafiə məsələləri Litvanın keçmiş baş naziri Andrius Kubiliusa həvalə edilib. Daxili işlər və miqrasiya sahəsinə isə Avstriya Maliyyə Nazirliyinin keçmiş rəhbəri Maqnus Brunner rəhbərlik edəcək.
Ümumilikdə, Avropa Komissiyasının hər Aİ dövlətindən bir üzv olmaqla 27 üzvü var.
Avropa komissarları öz ölkələrinin nümayəndələri deyillər, üstəlik, onlar öz səlahiyyətləri çərçivəsində bütün Avropa İttifaqının maraqları naminə fəaliyyət göstərməlidirlər.
Əgər Avropa İttifaqı beynəlxalq təşkilat deyil, dövlət olsaydı, o zaman Avropa Komissiyasının funksiyaları hökumətin funksiyalarına, Avropa komissarlarının funksiyaları isə nazirlərin funksiyalarına uyğun olardı.
Qeyd edək ki, Avropa Komissiyasının yaradılması çoxmərhələli prosesdir. Birincisi, AK rəhbəri Aİ liderlərinin sammitində qapalı məsləhətləşmələrdə təyin olunur. Bundan sonra Aİ ölkələri Avropa komissarları vəzifələrinə namizədlərlə bağlı AK rəhbərinə təkliflər göndərirlər. Sonra Avropa Komissiyasının rəhbəri səlahiyyətləri onlar arasında bölüşdürür. Namizədlərin Avropa Parlamentində təsdiq edilməsi iIə proses başa çatır.