“İnterpol” 5,5 min kibercinayətkarı saxladı


40 ölkənin hüquq-mühafizə orqanlarının iştirak etdiyi genişmiqyaslı “İnterpol” əməliyyatı kibercinayətkarlıqda şübhəli bilinən rekord sayda - 5,5 min nəfərin həbsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat idarənin saytında dərc olunub.
Məlumata görə, iyuldan noyabr ayına qədər davam edən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif valyutalarda oğurlanmış 400 milyon dollardan çox vəsaiti və virtual aktivləri də ələ keçirə biliblər.
İnterpolun məumatına görə, əməliyyat o cümlədən telefon fırıldaqçılığı, onlayn tanışlıq fırıldaqçılığı, internetdə qanunsuz qumar oyunlarının təşkili və s. daxil olmaqla yeddi növ kibercinayətə qarşı həyata keçirilib.
Əməliyyat nəticəsində Koreya Respublikasının hakimiyyət orqanları Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkar sindikatın üstünü açmağa nail olub. Nəticədə 1,9 mindən çox insan zərər çəkib. Ümumilikdə isə təxminən 1,1 milyard dollar oğurlanıb. Cinayətkar qrupun ən azı 27 üzvü saxlanılıb, onlardan 19-na sonradan ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top