HƏMAS da atəşkəsə hazırdır – AFP


Fələstinin HƏMAS hərəkatı İsrail və Livan arasında atəşkəs elan edildikdən sonra Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Frans Press” agentliyinə təşkilatın adını açıqlamayan nümayəndəsi məlumat verib.
“HƏMAS atəşkəs razılaşmasına və ciddi məhbus mübadiləsi razılaşmasına hazırdır. Livanda atəşkəsin elan edilməsi müqavimət qüvvələr üçün böyük qələbə və uğurdur”, - təşkilat nümayəndəsi əlavə edib.
Qeyd edək ki, noyabrın 26-da İsrailin hərbi-siyasi kabineti Livanda atəşkəs planını təsdiqləyib. Az sonra ABŞ Prezidenti Co Bayden İsrail və “Hizbullah” təşkilatı arasında imzalanan razılaşmaların Livan qüvvələrinin 60 gün ərzində öz ərazilərinə nəzarəti bərpa etməsini nəzərdə tutduğunu bəyan edib.
Bundan sonra İsrail ordusu tədricən Livan ərazisindən geri çəkiləcək və hər iki tərəfdən mülki əhali öz yerlərinə qayıdacaq.

DİGƏR XƏBƏRLƏR

Top