Gürcüstanda hakim partiya prezidentliyə namizədini açıqladı


Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə partiyanın mərkəzi ofisində keçirdiyi brifinqdə “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili məlumat verib.
“Mən şadam ki, partiyanın siyasi şurasının qərarına əsasən, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm”, - İvanişvili jurnalistlərə bildirib.
Qeyd edək ki, Mixail Kavelaşvili 1971-ci ilin iyulunda Gürcüstanın Bolnisi şəhərində anadan olub. Futbolçu karyerası ərzində Gürcüstanın “Dinamo Tbilisi”, Rusiyanın “Alaniya Vladiqafqaz”, İngiltərənin “Mançester Siti” və İsveçrənin “Qrasshopper”, “Sürix” və “Lüsern” klublarında çıxış edib. O, Gürcüstan millisinin də üzvü olub. 2016-cı ildən Kavelaşvili hakim partiyadan parlament üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top