Levandovski Ronaldo və Messinin uğurunu təkrarladı


İspaniyanın “Barselona” klubunın hücumçusu Robert Levandovski Çempionlar Liqasında 100 qol həddinə (101 qol) çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, o buna Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun “Brest”lə oyununda (3:0) dubla imza ataraq nail olub.
Bununla da o, əsas Avropa turnirində 100 qol həddinə çatan 3-cü futbolçu olub.
Xatırladaq ki, əvvəllər yalnız bunu yalnız Kriştianu Ronaldo (140) və Lionel Messi (129) bacarıb.
36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.
Hazırda Avropa klublarında çıxış edən futbolçulardan Çempionlar Liqasında 100 qola ən yaxın rəqəmlər Tomas Müllerdə (54) və Kilian Mbappedədir (49). Onlar müvafiq olaraq “Bavariya” və “Real Madrid” klublarında oynayırlar.

DİGƏR XƏBƏRLƏR

Top