Bakıda motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün axşam saatlarında 8 Noyabr prospektində baş verib.
“Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır”, - məlumatda deyilir.