Çinin müdafiə naziri Dun Tszyun təhqiqat altındadır və o, korrupsiyada şübhəli bilinir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Çin hakimiyyəti Xalq Azadlıq Ordusunun rəhbərliyinə təsir edən korrupsiya qalmaqalı ilə bağlı Dun Tszyun barəsində araşdırmalara başlayıb.
Nəşr qeyd edir ki, o, korrupsiyada şübhəli bilinərək istintaqa cəlb edilən üçüncü nazirlik rəhbəri olub.
Məlumata görə, keçmiş Çin müdafiə nazirləri Vey Fenxe (2018-2023) və Li Şanfu (2023) barəsində aparılan istintaq Xalq Azadlıq Ordusunun strateji raket qüvvələri haqqında məxfi məlumatların ABŞ-yə sızması ilə bağlı olub.
Qeyd edək ki, Dun Tszyun 2023-cü ilin dekabrında Çin müdafiə naziri vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Çin Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib.