Livan və İsrail arasında atəşkəs qüvvəyə mindi


Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə saat 06:00-da) qüvvəyə minib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Nahar” qəzeti məlumat verib.
Məlumata görə, sənəd Livan ordusunun bölmələrinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur.
Öz növbəsində, İsrail tədricən (60 günə qədər müddət ərzində) qoşunlarını Cənubi Livandan çıxaracaq.
Nəşrin məlumatına görə, Livan hakimiyyəti ölkədə qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinin və qaçaqmalçılıq yolu ilə onlara silah verilməsinin qarşısını almağı öhdəsinə götürəcək. Silah və sursat istehsalı ilə məşğul olan bütün qanunsuz obyektlər söküləcək, silah ehtiyatları müsadirə olunacaq.
İsrail və Livanın təsdiqi ilə Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniyanın da daxil olacağı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına nəzarət edən komitə yaradılacaq. Birləşmiş Ştatlar həmçinin davam edən sərhəd məsələlərini həll etmək üçün İsrail və Livan arasında dolayı danışıqlara kömək edəcək.
Qeyd edə ki, bir gün əvvəl İsrail Livanla atəşkəs sazişi imzalayıb. ABŞ Prezidenti Co Bayden bildirib ki, sənəd döyüş əməliyyatlarının daimi dayandırılmasını və mülki əhalinin Livan-İsrail sərhədində zərər çəkmiş bölgələrə qayıtması üçün şərait yaradılmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top