ÇL: “Siti” 3 top irəlidə olduğu görüşdə qələbəni əldən verdi – Bütün nəticələr


Futbol üzrə Çempionlar Liqasında 5-ci tura start verilib.
Yeniavaz.com
xəbər verir ki, ötən axşam 9 görüş baş tutub və maraqlı nəticələr əldə olunub.
Belə ki, “Atalanta” və “Atletiko Madrid” hərəyə 6, “Arsenal” və “Bayer” isə hərəyə 5 qol vurmaqla rəqiblərini darmadağın ediblər.
Lakin gecənin sürprizi Mançesterdə yaşanıb. Pep Qvardiolanın “Siti”si 74-cü dəqiqəyə kimi 3 top irəlidə olduğu “Feynord”la görüşdə qələbəni əldən verib. Oyun 3:3 başa çatıb.
Qeyd edək ki, “Şəhərlilər” bundan əvvəl bütün turnirlərdə çıxdıqları 5 oyunda da məğlub olublar.
Gecənin ən vacib oyununda isə “Bavariya” Fransa çempionu PSJ üzərində 1:0 hesabı ilə qalib gəlib.
V tur çərçivəsində ötən axşam baş tutan görüşlərin nəticələri belə olub:
"İnter" - "RB Leypsiq": 1:0;
"Barselona" - "Brest": 3:0;
"Bayer" - "Zalsburq": 5:0;
"Bavariya" - PSJ: 1:0;
"Mançester Siti" - "Feyenoord": 3:3;
"Sportinq" - "Arsenal": 1:5;
"Yanq Boyz" - "Atalanta": 1:6;
"Slovan" - "Milan": 2:3;
"Sparta Praqa" - "Atletiko Madrid": 0:6.

DİGƏR XƏBƏRLƏR

Top