Yasamalın bir hissəsində qaz olmayacaq


Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə  27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top