Böyük Britaniya səfiri Rusiya XİN-ə çağırıldı


Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Keysi kəşfiyyat fəaliyyətində şübhəli bilinən missiya əməkdaşının fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Britaniya səfirinin Rusiya XİN-ə səfirliyin siyasi şöbəsinin ikinci katibi Uiliks Edvard Prayorun akkreditasiyasının ləğvi ilə əlaqədar çağırıldığı ehtimal olunur.
Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşının işində kəşfiyyat fəaliyyətinin əlamətlərinin müəyyən edildiyi barədə məlumat verib. Diplomat ölkəyə daxil olarkən yalan məlumat verdiyi üçün akkreditasiyadan məhrum edilib. Ona iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.
Qeyd edək ki, Böyük Britaniya səfiri sonuncu dəfə may ayında Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. O, o vaxtkı Britaniya xarici işlər naziri Devid Kemeronun Ukraynanın Britaniya silahlarından istifadə edərək, Rusiya ərazisinə zərbə endirmək hüququ ilə bağlı bəyanatlarına görə, Xarici İşlər Nazirliyinə çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top