Bu ilin ilk 10 ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 1 milyard 112 milyon manat sığorta haqqı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqqı 9% və ya 92,3 milyon manat artıb.
Qeyd edək ki, yığılan sığorta haqlarının 69%-i və ya 763,8 milyon mantaı “Paşa Sığorta” şirkətinin payına düşüb.
Ən az sığorta haqqı toplayan şirkət isə bir neçə gün əvvəl ləğv olunduğunu açıqlyan “Bakı Sığorta” olub. Bu şirkət bu ilin ilk 10 ayı ərzində cəmi 1,5 milyon manat sığorta haqqı yığıb.
Murad Məmmədov