Xarici İşlər Nazirliyi (XİN) “IRS Publishing House” L.L.C şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, XİN müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
XİN “İRS” jurnalının nəşr olunmasını və jurnalın Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına çatdırılması xidmətinə görə “IRS Publishing House” L.L.C şirkətinə 8 ay üçün 229 min 235 manat ödəyəcək.
Elnur Əli