Qazaxıstanda da zəlzələ oldu

yaponiyada zəlzələ baş verdi
Qazaxıstanın şərqindəki Jetısu rayonunda yerli vaxtla saat 23:42-də (Bakı vaxtı ilə 22:42) 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Çinlə sərhəd yaxınlığındakı Jarkent şəhərindən 40 km aralıda olub. Ocaq 8 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, daha öncə Türkiyədə də zəlzələ qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

Top