Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri oldu


Gürcüstan parlamentinin 11-ci çağırış deputatları Şalva Papuaşvilini yenidən qanunverici orqanın spikeri seçiblər.
Yeniavaz.com
xəbər verir ki, səsvermə parlamentin saytında yayımlanıb.
Papuaşvili parlament sədri vəzifəsinə yeganə namizəd olub.
Onu bu vəzifəyə hakim “Gürcü arzusu” fraksiyası təklif edib.
Papuaşvili 2021-ci ildən Gürcüstan parlamentinin sədri vəzifəsini icra edir.
Bundan başqa, iclasda parlament sədrinin müavinləri də seçilib. Georgi Volski birinci vitse-spiker, Teya Tsulukiani və Nino Tsilosani isə vitse-spiker olublar.
Qeyd edək ki, parlament seçkilərindən sonra yaradılmış 11-ci çağırış Milli Məclis bu gün ilk iclasını keçirir. Müxalifət partiyalarının nümayəndələri parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdikləri və qanunvericilik orqanının işini boykot etmək qərarını elan etdikləri üçün iclas zalında hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından cəmi 88 deputat iştirak edir. İclasla paralel olaraq Rustaveli prospektində parlamentin divarları yaxınlığında müxalifətin təşkil etdiyi aksiya da keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top