Türkiyədə 2 bələdiyyə sədri terrorçuluqda ittiham olunur


Türkiyənin Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgül vəzifələrindən uzaqlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Tunceli Respublika Prokurorluğu tərəfindən “Xalqların Bərabərlik və Demokratiya” Partiyasından olan Tunceli bələdiyyə sədri Konak və “Cümhuriyyət Xalq” Partiyasından olan Ovacık bələdiyyə sədri Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə ayrı-ayrılıqda cinayət işi açılıb”, – məlumatda deyilib. 

DİGƏR XƏBƏRLƏR

Top