Zelenski 10 ukraynalı siyasətçiyə sanksiya tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş hökumət rəsmiləri və parlamentin keçmiş deputatları da daxil olmaqla 10 Ukrayna siyasətçisinə qarşı sanksiya tətbiq edən sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir  ki, müvafiq sənəd Ukrayna Prezidentinin saytında yerləşdirilib.
Sərəncama əsasən, sabiq daxili işlər naziri (2011-2014) Vitali Zaxarçenko, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri (2013-2014) Aleksandr Yakimenko, “Regionlar” Partiyası sədrinin keçmiş birinci müavini Aleksandr Yefremov, həmçinin bu partiyadan bir neçə çağırış Rada deputatı Vadim Kolesniçenko, hazırda qadağan olunmuş “Müxalifət Platforması – Həyat üçün” partiyasının keçmiş deputatları Vadim Rabinoviç və Renat Kuzminə qarşı sanksiya tətbiq edilib.
Açıq məlumatlara görə, onların demək olar ki, hamısı Ukraynanı tərk edib.
Sanksiyalara ənənəvi olaraq Ukrayna ərazisində aktivlərin bloklanması, lisenziyaların ləğv edilməsi, əqli mülkiyyətin ötürülməsinə qadağa qoyulması, ticarət müqavilələrinə xitam verilməsi və Ukraynanın bütün dövlət mükafatlarından məhrum edilməsi daxildir.
Digər sərəncamla Zelenski Ukrayna hakimiyyətinin Rusiya xüsusi xidmət orqanlarının işçiləri adlandırdığı 28 Rusiya vətəndaşına qarşı sanksiyaları daha 10 il uzadıb.
2021-ci ildə artıq üç il müddətinə Ukraynada onlara qarşı sanksiyalar tətbiq edilib. Eynilə, iki Amerika şirkətinə qarşı sanksiyalar da 10 il müddətinə uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top