Millətlər Liqasında pley-offun püşkü atıldı – Türkiyənin rəqibi bəlli oldu


UEFA Millətlər Liqasında pley-off mərhələsinin və 1/4 finalın püşkü atılıb.
Yeniavaz.com
xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
1/4 finalda Niderland və İspaniya, Danimarka və Portuqaliya, Xorvatiya və Fransa, İtaliya və Almaniya bir-birlərinə rəqib olublar.
İtaliya-Almaniya cütünün qalibi yarımfinalda Niderland-İspaniya cütünün, Danimarka-Portuqaliya cütünün qalibi isə Niderland-İspaniya cütünün qalibi ilə qarşılaşacaq.
B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının pley-offdakı rəqibi Macarıstan olub.
Qeyd edək ki, pley-offun oyunları mart ayında baş tutacaq.
A, B, C və D Liqalarının pley-off cütləri aşağıdakı kimi olub:
A/B Liqasının pley-off mərhələsi:
Türkiyə – Macarıstan;
Ukrayna – Belçika;
Avstriya – Serbiya;
Yunanıstan – Şotlandiya.


B/C Liqasının pley-off oyunları:
Kosovo – İslandiya;
Bolqarıstan – İrlandiya Respublikası;
Ermənistan – Gürcüstan;
Slovakiya – Sloveniya.


C/D Liqasının pley-off mərhələsi:
Cəbəllütariq – Latviya;
Malta – Lüksemburq.

DİGƏR XƏBƏRLƏR

Top