İsrail ordusu Qəzzada Fələstinin “İslami Cihad” hərəkatının silahlı birləşmələrinin raket qüvvələrinin komandiri Xalid Əbu Dəkkənin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Əbu Dəkkə Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələxdəki humanitar zona daxilində fəaliyyət göstərib.
Hərbçilərin sözlərinə görə, o, İsrail mülki əhalisinə və İsrail Müdafiə Qüvvələri heyətinə qarşı çoxsaylı hücumlara komandanlıq edib.
“2023-cü il oktyabrın 7-dən başlayaraq, Əbu-Dəkkə İsrailin cənubundakı məskunlaşmış ərazilərə raket hücumlarına rəhbərlik edib”, - mətbuat xidməti bildirib.