Nüfuzlu “Goal.com” nəşri 2026-cı ildə Dünya kubokunu qazanmaq şansı ən yüksək olan 16 komandanın reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, reytinqə görə, siyahıda əsas lider İspaniya millisidir.
Siyahını təqdim edirik:
1. İspaniya
2. Argentina
3. Almaniya
4. İngiltərə
5. Fransa
6. Portuqaliya
7. İtaliya
8. Hollandiya
9, Kolumbiya
10 Braziliya
11-16-cı yerləri isə Mərakeş, Xorvatiya, Kanada, Belçika, ABŞ və Meksika komandaları tutur.
Qeyd edək ki, 2022-ci ildə Dünya Kubokunun qalibi Argentina olub. Argentina həmçinin 2024-cü il Amerika Kubokunda da qalib gəlib. 2024-cü il Avropa çempionatının qalibi isə İspaniyadır.