Paşinyanın xaç oğlu Ermənistanda nazir təyin edildi


Vaaqn Xaçaturyanın fərmanı ilə Davit Xudatyan Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri təyin edilib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, 33 yaşlı Xudatyan həm də Ermənistan Baş naziri Nikol Paşinyanın xaç oğludur.
O, 2018-ci ilə qədər müxtəlif kredit təşkilatlarında işləyib və Paşinyan hakimiyyətə gəldikdən sonra Armavir qubernatoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, daha əvvəl Paşinyan da sosial şəbəkə hesabı vasitəsilə Davit Xudatyanın nazir təyin olunacağını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top