İsrail hərbçilərinin hücumları nətisəcində son 24 saat ərzində Qəzza zolağında 13 fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 13 nəfər həlak olub, 84 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin vurğulayıb ki, 2023-cü ilin oktyabrından bu günə qədər İsrailin zərbələri nəticəsində ölənlərin sayı 43 min 985, yaralananların sayı isə 104 min 92 nəfərə çatıb.