İsrail Müdafiə Qüvvələri (IDF) daha bir hərbçisinin həlak olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının şimalında keçirilən döyüş əməliyyatları zamanı “Kfir” briqadasının “Nahşon” batalyonundan 21 yaşlı ehtiyatda olan zabit Roy Sasson həlak olub.
Mətbuat xidmətinin məıumatına görə, bununla da Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin sayı 800-ə çatıb.