Yaponiyanın şimalında 5,1 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Aomori prefekturasında olub.
Məlumatda qeyd olunur ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.