Bu günə qədər 540 min nəfər Livanı tərk edib – BMT


Sentyabrın sonunda İsrailin “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 540 min nəfər Livanı tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Məlumata görə, hərbi əməliyyatların şiddətlənməsindən sonra 540 min nəfər (onların 37%-i livanlılar, 63%-i suriyalılardır) Livandan Suriyaya keçib.
Məlumatda həmçinin qeyd olunub ki, İraqa 34 992 livanlı gəlib.
Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” təşkilatına qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində təşkilatın hərbi hədəflərinə qarşı kütləvi hava zərbələri endirib.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top