“Bundesver hərbi təhlükəyə qarşı hazırlıqlara başlayıb” – KİV


Bundesver (Almaniya silahlı qüvvələri) siyasətçilər tərəfindən təsdiq edilmiş gizli plan əsasında müharibə vəziyyəti üçün şirkətlərə təlim keçməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədin “Almaniya Əməliyyat Planı” adlı ilkin variantı min səhifəyə yaxındır. Bu planda nəşrin yazdığı kimi, mühafizəyə ehtiyacı olan strukturlar və infrastruktur obyektləri sadalanır. O, həmçinin müdafiə vəziyyətində və ya NATO-nun şərq cinahında Rusiyanın manevrləri ilə bağlı gərginlik baş verdikdə, Almaniyanın yüz minlərlə hərbçi üçün logistika mərkəzinə çevrilməli olduğu və avadanlıq və dərmanların çatdırılması zamanı necə hərəkət etmək barədə təlimatları ehtiva edir.
Qeyd edilib ki, bu yaxınlarda Hamburq Ticarət Palatasında keçirilən görüşdə, hərbçilər birbaşa biznes nümayəndələri ilə danışıb - onlar, məsələn, hər yüz işçi üçün ən azı beş əlavə yük maşını sürücüsü hazırlamağı tövsiyə etdilər. Hamburq regional komandanlığının rəhbəri, polkovnik-leytenant Yorn Plişke şirkətlərə, məsələn, dizel generatorlarından və ya öz külək turbinlərindən istifadə etməklə, muxtariyyət üçün səy göstərməyi və fövqəladə hallar üçün xüsusi plan tərtib etməyi, həmçinin komandanı hazır tutmağı məsləhət görüb.
Plişkenin sözlərinə görə, biznes nümayəndələri ilə belə görüşlər ölkənin hər yerində keçirilir. Bundesver bildirib ki, bütün regional komandanlıqlara bu vəzifələri yerinə yetirmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top