COP29 ərəfəsində 332 min sərnişin ödənişsiz daşınıb


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331 min 861 sərnişinə xidmət göstərilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yenavaz.com-a bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb.
Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top