Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları keçirilir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, şəhərin Melikişvili prospektində parlament seçkilərinin nəticələrinə etiraz edənlərlə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşma başlayıb.
Bildirilib ki, polis etirazçıları geri itələməyə və yolu açmağa çalışır.
“Gözyaşardıcı qazdan istifadə olunur. Nümayişçilər müqavimət göstərirlər. Polisə daş atılır. Bir neçə nəfər saxlanılıb”, - nəşrin məlumatında deyilir.