Slovakiya və Macarıstan ABŞ-nin qərarını tənqid etdi


Slovakiyanın Baş naziri Robert Fitso və Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ Prezidenti Co Bayden administrasiyasının Kiyevə Rusiyadakı hədəfləri uzaqmənzilli ATACMS raketləri ilə vurmasına icazə vermək qərarını tənqid ediblər.
Yeniavaz.com
xəbər verir ki, Fitso “Facebook”da yayımladığı videomüraciətində Rusiyada hədəflərə zərbə endirmək icazəsini gərginliyin görünməmiş artması adlandırıb.
O, Baydenin sülh danışıqlarını tamamilə pozmaq və ya gecikdirmək məqsədi ilə ATACMS-dən istifadəyə icazə verdiyini deyib. Videonu müşayiət edən yazıda Baydenin qərarını dəstəkləyən hər kəsin III Dünya Müharibəsinin başlamasını dəstəklədiyi bildirilir.
Macarıstanın xarici işlər naziri Peter Siyarto da öz “Facebook” səhifəsində fikri ilə bölüşüb. O, Vaşinqton və Brüsseldə “müharibə partiyasının” yeni reallığa qarşı son addım atdığını bildirib və əlavə edib ki, həm Vaşinqtonda, həm də Brüsseldə hakimiyyətdən uzaqlaşdırılan müharibə tərəfdarı və siyasətçilər insanların iradəsini tanımaq istəmirlər.
“Bu, təkcə anti-demokratik deyil, həm də son dərəcə təhlükəlidir”, - Siyarto deyib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib.
 

DİGƏR XƏBƏRLƏR

Top