Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.
Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.