Britaniya “İran Air” və Rusiyanın “Port Olya-3”ə qarşı sanksiyalar tətbiq etdi


Böyük Britaniya İranın “İran Air” hava daşıyıcısı, IRISL (İran İslam Respublikası Dəniz Gəmiçiliyi) nəqliyyat şirkəti və Rusiyanın “Port Olya-3” yük gəmisinə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yerləşdirilmiş yenilənmiş sanksiyalar siyahısı göstərir.
London məhdudiyyətlərin tətbiqini bu şirkətlərin İrana məxsus və ya nəzarətində olduğunu və İranın müdafiə sektorunu dəstəkləməklə İran hökumətinin düşmənçilik fəaliyyətində iştirak etdiyini əsas gətirməklə əsaslandırıb. Böyük Britaniya həmçinin “Port Olya-3”ün üçüncü ölkədən Rusiyaya hərbi yük daşıdığını iddia edir. Britaniya hakimiyyətinin məlumatına görə, “Port Olya-3” 2011-ci ildə tikilib və “United Cargo Fleet” tərəfindən idarə olunur.

DİGƏR XƏBƏRLƏR

Top