Sağ qalan Böyük Vətən müharibəsi iştirakçılarının sayı açıqlandı


Ötən ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda 1941-1945-ci il Böyük Vətən müharibəsinin iştirakçısı olan 18 nəfərin hər biri ayda 330 manat təqaüd alıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə təqaüd alan Böyük Vətən müharibəsi iştirakçılarının sayı 33% və ya 8 nəfər azalıb.
Qeyd edək ki, son illər 1941-1945-ci il Böyük Vətən müharibəsi veteranlarının sayı sürətlə azalsa da, onlara verilən təqaüdün miqdarı dəyişməyib.
Son 4 ildə Böyük Vətən müharibəsi veteranlarının sayı 3,6 dəfə azalsa da, onlara verilən təqaüdün məbləği cəmi 10% artıb:
1 oktyabr 2021 – 65 nəfər (300 manat aylıq təqaüd);
1 oktyabr 2022 – 36 nəfər (300 manat aylıq təqaüd);
1 oktyabr 2023 – 27 nəfər (330 manat aylıq təqaüd);
1 oktyabr 2024 – 18 nəfər (330 manat aylıq təqaüd).


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top