Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qərar imzalayıb.
Qərara əsasən, Məcəlləyə 104-1-ci (Ekosid-bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda) maddə əlavə edilib.
Qeyd olunub ki, bu maddəni pozanları 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.