Noyabrın 19-dan Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə saat 06:00-dan 20:00-dək sərnişinlərə xidmət göstərəcək.
“Marşrut üzrə gediş haqqı 0,50 manat müəyyən edilib. Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib”, - məlumatda deyilir.